Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-29 06:02:00
Əfqanıstanda hərbi sursat partladı - 5 uşaq həlak oldu 

Əfqanıstanın Vardak əyalətinin Saydabad rayonunda hərbi sursatın partlaması nəticəsində 5 uşaq ölüb, ikisi yaralanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Əfqanıstanın Pajhvok agentliyi əyalətin səhiyyə departamentinin məlumatlarına istinadən məlumat yayıb.

 

Ölən və yaralananların yaşı 12-dən çox deyil. Yaralılar Kabildəki xəstəxanaya aparılıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

 

UNICEF-in məlumatına görə, 2022-ci ildə Əfqanıstanda 700-dən çox uşaq partlamamış hərbi sursatlar nəticəsində həlak və ya şikəst olub. Əfqan uşaqlar tez-tez döyüş sursatı ilə oynayarkən və ya metal qırıntıları yığarkən həlak olurlar.