Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 16:12:08
Nazir universitetlərin reytinqə düşə bilməməyinin səbibini AÇIQLADI

"Hazırda müşahidələrimiz göstərir ki, bir tərəfdən universitetlər, digər tərəfdən elmi-tədqiqat institutları bir-biri ilə inteqrativ əlaqədə fəaliyyət göstərmir".

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.

 

Onun sözlərinə görə, ikinci problem odur ki, vaxtilə institutlarıda bəlli bir maliyyələşmə və bəlli bir idarəetmə təfəkkürünün olması idi, bu, da tədqiqat aparmağa təşviqedici yanaşma deyildi:

 

"Universitetlərdə tədqiqat aparılmadığından onlar top universitetlərin reytinqinə düşə bilmirlər. Bu proses uzun müddət davam etdiyi üçün universitetlərin əsas məqsədi əmək bazarı üçün kadr hazırlamaq olub. Bizim tədqiqat aparan əsas qurumlarımız elmi-tədqiqat institutları olub.

 

Görünən ondan ibarətdir ki, institutlarımızın əksəriyyətində kifayət qədər yüksək qiymətləndirilə biləcək elmi məhsul var. Alimlərimizin məqalələrinə dünyada istinadlar var. Sadəcə bunların nəyə xidmət etməsi bir o qədər aydın deyil. Hansısa institutumuzun əldə etdiyi nəticənin ölkənin elmi profilinə nə kimi xidmət edib sualının cavabı budur ki, xidmət etməyib.

 

Ölkə olaraq həmin fəaliyyətdən qazandığımız fayda böyük deyil. Çünki elmi-tədqiqat institutlarımız elə də böyük deyil ki, reytinqlərə düşsün.

 

Çox spesifik suallar ətrafında tədqiqat aparırlar və hətta tədqiqatları keyfiyyətli olsa belə, bu nəticələr ən yaxşı halda ayrı-ayrı alimlərin özləri üçün nəticədir. Ölkə miqyasında görünmür. Çünki alqoritm düzgün deyil".