Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-25 11:32:00
Kriminal təqaüdçülərin sayı rekord həddə çatıb

Rusiyada cinayət maddələri ilə məhkum olunmuş kişi təqaüdçülərin sayı 2013-cü ildən bəri ilk dəfə olaraq 13000 nəfəri ötüb. Məhbusların demək olar ki, 40%-nin məhkəmə baxışı zamanı bir neçə dəfə məhkum olunduğu məlum olub.

AzEdu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2013-cü ildən bəri ilk dəfə cinayət törətməkdə təqsirli bilinən 50-dən yuxarı vətəndaşların xüsusi çəkisi Ali Məhkəmənin 2022-ci il üzrə statistikasına əsasən, məhkum olunmuşların ümumi sayının 10 faizini ötüb.

Məhkumların tərkibi və cinayət hadisəsi yeri haqqında hesabata əsasən, ötən il 578751 nəfər məhkum olunub ki, onlardan 61655 nəfəri 50 yaşdan yuxarı şəxslərdir, bu da 10,65 faiz təşkil edir. Son on ildə ilk dəfədir ki, yaşlı cinayətkarların nisbəti 10%-lik həddi keçib. 2013-cü ildən 2016-cı il daxil olmaqla, o, təqribən 8-8,8% səviyyəsində qalıb, 2017-ci ildən 2021-ci ilə qədər isə tədricən 9,1%-dən 9,9%-ə yüksəlib.

Yaşı 50-dən yuxarı olan bütün məhkumların təxminən üçdə biri təqaüdçülərdir (31,2% və ya 19286 nəfər).

Kəmiyyət baxımından cinayət işi üzrə cəza alan kişi təqaüdçülərin sayı 2022-ci ildə maksimal həddə - 13,3 min nəfər olub, daha əvvəl vətəndaşların bu nisbəti 11,7 mini keçmirdi.

2022-ci ilin statistikasında cinayət işləri üzrə ən çox məhkum olunmuş şəxslərin payı ənənəvi olaraq 30-49 yaş arasındadır (bu il məhkumların ümumi sayının 59%-i və ya 341,7 min nəfər). Bu tendensiya son 10 ildə ildən-ilə davam edir. Digər 14,2%-i 18-24 yaş arası şəxslərə (2022-ci ildə ümumilikdə 82 647 nəfər məhkum edilib), 13,5%-i 25-29 yaşadək şəxslərə (78 483 nəfər) qarşı cəzalar təşkil edir.

Cinayətkarların ən kiçik kateqoriyası yeniyetmələrdir.