Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-25 10:07:00
Müntəzəm alma yemək sizi qoruyur

Bu meyvənin tərkibində insan orqanizmi üçün  çoxlu faydalı maddələr var.

 

AzEdu.az xəbər verir ki, ABŞ-ın Pensilvaniya Universitetinin (ABŞ) alimləri almanın tərkibində artıq çəkidən qurtulmağa və demans və ya Alzheimer xəstəliyi riskini azaltmağa imkan verən maddələr aşkar ediblər.

Belə ki, araşdırma zamanı məlum olub ki, bu maddələrdən biri polifenoldur. Mütəxəssislərin fikrincə, bu maddə  çəki dəyişikliklərinə nəzarət etməyə kömək edir.

 

Bundan əlavə, onun bədəndə kifayət qədər konsentrasiyası 2-ci tip diabetin inkişafına mane olur. Bu xəstəliyin inkişaf riski ən azı 18% azaltmaq deməkdir.

Alma həmçinin ən güclü antioksidantlardan birini ehtiva edir. Bu, beyni neyrodegenerativ xəstəliklərdən qoruyan quercetin maddəsidir .

Mütəxəssislər ən yüksək qida konsentrasiyasını malik olduğu üçün təzə alma yeməyi tövsiyə edirlər.