Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-24 21:30:00
ABŞ-ın məşhur universiteti azərbaycanlı tələbəni əməkdaşlığa DƏVƏT ETDİ

ABŞ-da təhsil alan azərbaycanlı gənc, Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Xaqan Kərimov məşhur WebAssembly proqramlaşdırma dilində 3 ədəd boşluq tapıb. Azərbaycanlı gəncin bu tapıntısı WebAssembly-nin yaradıcıları və məşhur Standford Universitetinin (ABŞ) professorlarının diqqətini çəkib və buna görə Xaqan Kərimova təşəkkür ediblər.

AzEdu.az xəbər verir ki, bu barədə BANLM-ın rektoru Elmar Qasımov bildirib.

Standford Universiteti azərbaycanlı gənci boşluqların bağlanması üçün təklif etdiyi metodun tətbiqinə dair əməkdaşlığa dəvət edib.

Qeyd edək ki, WebAssembly-nin öz metodu ilə həmin boşluqları tapa bilməmişdilər.

Xatırladaq ki, Google, Firefox, Edge və Safari kimi dünya miqyaslı şirkətlər WebAssembly proqramlaşdırma dilindən istifadə edir.

Xaqan Kərimov Bakı Ali Neft Məktəbini 2022-ci ildə bitirib.

O, hazırda ABŞ-ın Yuta Universitetində illik 120.000 dollardan çox təqaüdü olan kibertəhlükəsizlik üzrə doktorantura təhsili alır.