Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-25 09:21:00
Bu oyuncaq uşaqların psixologiyasını alt-üst edir - Psixoloqdan ÇAĞIRIŞ

"Mavi balina" və "Momo" oyunlarından sonra indi də “Huggi Vuggi”...

 

Son vaxtlar bir çox uşağın əlində bu oyuncaqdan görürük. Təbii ki, uşaqlar oyuncaq seçərkən onun psixologiyasına təsirini anlamırlar. Bu yerdə bütün məsuliyyət valideynlərin üzərinəə düşür. Bəs bu oyuncağın uşaqlara mənfi təsirləri nələrdir?

 

“Bu oyuncaq uşaqların şüuraltına pis təsir göstərir, aqressiya və qorxu yaradır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Psixologiya Akademiyasının (APAK) klinik psixoloqu Çinarə Kazımzadə deyib.

 

O, son dövrlər bir uşağın maraq göstərdiyi, amma onların psixologiyasını alt-üst edən oyuncaq haqqında danışıb:

 

“Qeyd edim ki, sözügedən oyuncaq “Mobygames” tərəfindən hazırlanmış qorxu video oyunu olan “Poppy Playtime” oyunundakı obrazdır.

 

Bu oyunu oynayan uşaqlar qorxu və gərginlik yaşadığına görə, gecələr tək yata bilmir, daim ağlayır. Uşaq oyundan qorxsa da, bu asılılıqdan da qurtula bilmir.

 

Buna səbəb isə bəzi uşaqların qorxunu sevməsidir. Çünki qorxu hormonu bədəndə endorfin və serotonin ifraz edir. Bu oyunda uşaqlar canavarla qarşılaşır və hər dəfə ona qalib gələndə onlarda hekayəni davam etdirmək istəyi yaranır”. 

 

Psixoloq valideynləri oyuncaq alarkən diqqətli olmağa səsləyib:

 

“Uşağınıza aldığınız oyuncaqlar, oynadığı oyunlar onların şüuraltına təsir edir. Buna görə də, oyuncaq övladınıza seçərkən diqqətli olmaq, oynadığı oyunları, baxdığı videoları daim nəzarətdə saxlamaq lazımdır”.