Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-23 14:06:01
Şəkili məktəbli şahmat üzrə dünya çempionatında gümüş medal qazanıb

Aprelin 13-23-də Yunanıstanın Rodos şəhərində keçirilən məktəblilərin şahmat üzrə dünya çempionatında Təhsil Respublika İdman Mərkəzinin yığma komandasının tərkibində çıxış edən Süleyman Süleymanlı 17 yaşadək oğlanlar kateqoriyasında 9 oyundan 7 xal toplayaraq gümüş medal qazanıb.

 

AzEdu.az AzərTac-a istinadən xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.

 

Qurumun əməkdaşı bildirib ki, Şəki Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin üzvü olan Süleyman 2019-cu ildə Antalyada keçirilən məktəblilərin dünya çempionatinda da eyni nəticəni göstərmişdi. Bundan əvvəl isə o, 2015-ci ildə məktəblilər arasında Avropa çempionu olub.

 

Qeyd edək ki, çempionatda 54 ölkədən 509 şahmatçı mübarizə aparıb.