Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-21 16:10:53
DSX-nin Akademiyasında Heydər Əliyevin həyat yolundan danışılıb

Aprelin 20-də Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda elmi-praktiki seminar keçirilib.

 

AzEdu.az xəbər veiri ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, akademiya rəhbərliyi və qonaqlar əvvəlcə “Heydər Əliyev guşəsi” və “Dəmir yumruq” abidə kompleksini ziyarət edib, abidə önünə güllər düzüblər.

 

Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan seminarda Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru filologiya elmləri doktoru, professor Sevinc Əliyeva, Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin Heydər Əliyev Muzeyi şöbəsinin baş mütəxəssisi Nailə Həsənova və Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Pərvanə Bəkir qızı iştirak edib.

 

Çıxış edənlər Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə bilik və bacarığını ölkəmizin inkişafına həsr etdiyini, Ümummilli lider Heydər Əliyevin adət-ənənələri, milli məfkurəni, eləcə də zəngin mədəniyyətimizin bütün çalarlarını özündə əks edən azərbaycançılıq ideologiyasının müəllifi olduğunu xüsusi vurğulayıblar.

 

Dahi şəxsiyyət tərəfindən atılan qətiyyətli addımlar və görülən təxirəsalınmaz tədbirlər nəticəsində mühüm uğurlar əldə edilmiş, xalqın siyasi və ictimai asayişinin qorunduğu bir respublikada təhlükəsiz yaşamağı təmin olunub.

 

Sonda Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.