Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-21 14:20:00
Avtomobil yeniyetmə bacı-qardaşı vurub

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub.

 

AzEdu.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.

 

Belə ki, "Chevrolet Cruze" markalı minik avtomobili 2005-ci il təvəllüdlü Xədicə Süleyman qızı Kərimovanı və onun qardaşı 2006-cı il təvəllüdlü Həsən Süleyman oğlu Kərimovu vurub.

 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

H.Kərimovun vəziyyəti daha ağır olduğundan reanimasiyaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.