Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-21 09:57:00
2023 tarixin ən isti il ola bilər  

Dünyada 2023 və ya 2024-cü illərdə yeni orta temperatur rekordu qırıla bilər.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb isə iqlim dəyişikliyi və El-Nino hava fenomeninin gözlənilən qayıdışı ola bilər.

 

Qeyd edək ki, El-Nino və La-Nina suyun temperaturu və atmosfer təzyiqinin əks ekstremal dəyərləridir və Sakit Okeanın ekvator zonası üçün xarakterikdir.

 

 

El Nino zamanı ekvator boyunca qərbə doğru əsən küləklərin sürəti azalır və isti su şərqə doğru meyillənir, bu da okean səthində temperaturun yüksəlməsinə səbəb olur.

 

“El Nino adətən rekord səviyyədə temperaturlarla xarakterizə olunur. Bu hadisənin 2023-cü və ya 2024-cü ildə baş verəcəyi hələki məlum deyil, lakin məncə, bunun ən qısa müddətdə baş vermə ehtimalı çox yüksəkdir”, - deyə “AB Copernicus” İqlim Dəyişikliyi Xidmətinin direktoru Karlo Buontempo bildirib.