Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-21 09:05:35
Azərbaycanda bayram namazı qılınıb 

Azərbaycan məscidlərində Ramazan ayının başa çatması münasibətilə bayram namazı qılınır.

 

Azedu.az xəbər verir ki, bu gün saat 08:00-da Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində namaz qılınıb.

 

Təzə Pir məscidində namaz saat 09:00-da qılınıb.

 

Qeyd edək ki, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bayramla əlaqədar 4 gün - aprelin 21, 22, 23 və 24-də qeyri-iş günləri olacaq.