Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-21 00:00:00
Azərbaycanda Ramazan bayramıdır 

Aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramıdır.

 

AzEdu.az xatırladır ki, ölkəmizdə müqəddəs Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

 

Bayram namazı aprelin 21-i saat 08:00-da və 09:00-da qılınacaq.

 

Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.

 

Bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. 

 

Xatırladaq ki, bayramla əlaqədar 4 gün - aprelin 21, 22, 23 və 24-də qeyri-iş günləri olacaq.