Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 12:47:48
Talış kəndində Ailə Sağlamlıq Mərkəzi açıldı

Tərtər rayonunun işğaldan azad edilən Talış kəndində Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AzEdu.az-a verilən məlumata görə, Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə qurumun tabeliyində fəaliyyət göstərən Tərtər Rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılıb.

Mərkəzin binası təmirdən sonra istifadəyə verilib və beş otaqdan ibarətdir. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib. Eyni zamanda, ASM-də təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib, ambulansla təchiz olunub.

Tibb müəssisəsində Tərtər Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) növbəlilik əsasında xidmət göstərəcək. Hər növbədə həkim, tibb bacısı, sürücü və xadimə 24 saat fasiləsiz vətəndaşların xidmətində olacaq.