Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 12:45:00
Yeni nəsil dərsliklər yazılmalıdır DEPUTAT

UNEC-də Elmin populyarlaşdırılması ilə bağlı müxtəlif elm sahələrinin tanınmış təmsilçiləri, deputatlar, rektorlar, mətbuat və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə maraqlı və faydalı tədbir keçirildi. Səsləndirilən maraqlı fikirlərdən göründü ki, ölkədə elmin populyarlaşdırılması zəruridir və ciddi işlər görməyin vaxtı çoxdan çatıb.

 

AzEdu.az xəbər verir ki, bu sözləri deputat Etibar Əliyev UNEC-də keçirilən tədbir haqqında danışarkən deyib. Deputat ciddi elmi jurnala və elmlə bağlı saytın yaradılmasına böyük ehtiyac olduğunu xüsusi olaraq vurğulayıb.

 

“Çıxışımda qeyd etdim ki, dünyada elmin tarixi, elmin sosiologiyası və elmin populyarlaşdırılması istiqamətində Nobel mükafatı laureatları, böyük alimlər əsərlər yazır, bu istiqamətlərdə maraqlı dialoqlar aparırlar. Kitabxanamdan gətirdiyim 30-dan çox kitabı nümunə kimi göstərdim. Bizdə ciddi elmi jurnala və elmlə bağlı saytın yaradılmasına böyük ehtiyac var. Cəmiyyətimizin bütün dünyada və Azərbaycanda elmi nailiyyətlər və elmi yeniliklərlə tanış olmaları vacibdir”.

 

Etibar Əliyev deyib ki, yuxarı siniflərin şagirdlərinin, tələbələrin ixtiyarına elmi-populiyar ədəbiyyatlar verilməli, yeni nəsil dərsliklər yazılmalıdır:

 

“Biz Dördüncü Sənaye İnqilabının müşahidəçiləri yox, onun iştirakçısı olmalıyıq. Orta məktəblərin yuxarı siniflərində və ali məktəblərdə təhsil alan tələbələrin ixtiyarına elmi-populiyar ədəbiyyatlar verilməlidir. Elm təşviq olunmalıdır. Yeni nəsil dərsliklər yazılmalıdır. Bir neçə elm sahələri üzrə ən maraqlı kitabların tərcüməsinə nail olmalıyıq”.