Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-24 09:50:00
Ötənilki MİQ imtahanlarında uğur qazananlara şad xəbər- Bu şansdan da yararlanmaq olar

Müddətli müqavilə ilə işə qəbulun üçüncü turu sentyabr ayı üçün keçirilən son turdur.

AzEdu.az xəbər verir ki, il ərzində ümumtəhsil müəssisələrində vakant yerlər yarandıqca sözügeden proses yerli təhsili idarətmə orqanı və ya ümumtəhsil müəssisəsi tərəfindən yox, yalnız İnsan Resursları Mərkəzi tərəfindən mərkəzləşdirilmiş və ya elektron qaydada həyata keçiriləcək.

Qeyd edək ki, üçüncü turda müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə birinci və ikinci turlarda uğur qazanmayan, müəllimlərin işə qəbulu üzrə builki və ötənilki müsabiqədə iştirak edən şəxslər qatıla bilərlər.

Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanan müəllimlər ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədilə sözügedən prosesdə iştirak edə bilər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları