Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-22 13:39:00
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək  

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) fəaliyyət planına uyğun olaraq və bir neçə dövlət proqramında fondun iştirakı nəzərə alınmaqla müxtəlif xarakterli bir neçə qrant müsabiqəsi keçirəcək.

EİF-dən AzEdu.az-a bildiriblər ki, fond cari ilin sonunadək “Aqrar tədqiqatlar” məqsədli qrant müsabiqәsi, “Türk dünyası araşdırmaları” beynəlxalq qrant müsabiqəsi və “Mobillik qrantı” müsabiqəsini elan etməyi planlaşdırır.

“Türk dünyası araşdırmaları” beynəlxalq qrant müsabiqəsində TÜBİTAK ilə birgə layihələrin də maliyyələşdirilməsi nəzərdə tutulub.

İlin sonunadək “Clarivate Analytics” şirkətinin keçirəcəyi, elmi nailiyyətlərə görə mükafatlandırma müsabiqəsinə Elmin İnkişafı Fondu da dəstək göstərəcək.

Müsabiqələrlə bağlı əlavə məlumat veriləcək.