Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-21 15:49:00
Şahlar Əsgərovun daha bir məqaləsi dünyanın məşhur elmi jurnalında – Maraqlı xatirə

“Bu gün şad xəbər aldım. Həmin xəbər ABŞ- ın  “P h i l o s o p h y S t u d y”  jurnalından gəldi. Bu jurnal mənim “The Dependence of Human Development on the Degree of Public İnteres” məqaləmi çap edəcək”

AzEdu.az xəbər verir ki, bu sözləri sabiq millət vəkili, professor Şahlar Əsgərov sosial şəbəkə hesabında qeyd edib. O həmin məqalə barədə söz açarkən qısa xatırlatmanı yada salıb:

“Bu gün şad xəbər aldım. Həmin xəbər ABŞ- ın  “P h i l o s o p h y  S t u d y”  jurnalından gəldi. Bu jurnal mənim “The Dependence of Human Development on the Degree of Public İnteres” məqaləmi  çap edəcək.

KİV-də getmiş bir məlumatı qısaca yada salmaq istəyirəm. Ulu öndər Heydər Əliyev Abel Məhərrəmovu BDU –ya rektor təyin edəndə soruşur ki, filosof Şahlar Əsgərov da bu universitetdə işləyir? Abel müəllim cavab verərək deyir: “Bəli, bizdə işləyir, ancaq o fizikdir, filosof deyil”. Heydər Əliyev cavabında: “oğul, sən bilmirsən, o, filosofdur” deyir.  Bu məqalənin ABŞ-ın  periodik “P h i l o s o p h y  S t u d y”  jurnalında çap olunması , ulu öndərin heç kəsin görə bilmədiyini illər öncə görə bildiyini təsdiqləyir”

Xatırladaq ki, “Managment  Studies”  jurnalının sentyabr-oktyabr aylarında  dərc olunacaq nömrəsində də Şahlar Əsgərovun “The Study of the Market Economy Problem by the Method of Econophysics” məqaləsi çap ediləcək. Bu ekonofizika sahəsində Azərbaycandan çap olunan ilk məqalədir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları