Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-31 13:36:00
Müəllim Qoroskopu: onların xarakteri ilə tanış olun - MARAQLI

Müəllimlərin xasiyyətinə bələd olmaq həm çətin, həm də asandır. Asandır ona görə ki, uzun müddətli münasibət əsnasında onun yaxşı və pis adətləri ilə tanış olmaq imkanı yaranır. Çətindir ona görə ki, heç bir müəllimin müxtəlif situasiyalarda özünü necə aparacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil.

AzEdu.az saytı bu işdə biz sizə kömək etmək istəyir. Müəllimlərinizin xarakterini öyrənmək istəyirsinizsə. onların bürcləri ilə tanış olun. Qoroskopu oxuyun. Astroloqlar hər bürcə aid olan müəllimlərin əsas xüsusiyyətini müəyyən ediblər. Amma unutmayın ki, bu bir zarafatdır və hər zarafatda həqiqətin müəyyən hissəsi gizlənir.

Beləliklə Dolça, Balıqlar, Qoç və Buğa bürcündə doğulan müəllimlərinizlə tanış olun.

Dolça (21.01 – 19.02)

Dolça bürcü qadınlarının xarakteri necədir?

Dolça bürcündən olanlar təsadüfən iş yeri kimi məktəbləri seçirlər. O qayda –qanunu xoşlamır və heç vaxt buna riayət etmir. Dərslərə mütəmadi olaraq gecikir və bütün dərsi tənəffüs əhval-ruhiyyəsində olur. O əylənməyi çox sevir və tez-tez dərs zamanı özünü teatr səhnəsindəki kimi aparır. Bu bürcdən olan müəllimlərlə dil tapmaq çox asandır. Şagirdləri tərəf müqabili kimi qəbul edir. Şagirdlər onlarla çox asanlıqla dost ola bilir. Dolça – müəllimlərlə dərsdənkənar vaxtlarda da ünsiyyət qurmaq olur. Dolça müəllimlər şagirdlərin ən çox sevdiyi müəllim tipidir.

***

Balıqlar(20.02 – 20.03)

Balıqlar bürcü haqqında hər şey » ilk.az

Balıq – müəllimlər məktəbdə heç rahat adam hesab olunmurlar. Onlardan qorunmaq lazımdır. Çox hissiyyatlıdır. Məktəbdə çalışmağa qərar veriblərsə, bu, peşəsinə olan dərin sevgidən irəli gəlir. Balıq-müəllimlər səs-küy zamanı sinifə qışqırmır, sadəcə otağı tərk edir və bir də sakitlik yarananda qayıdır. Kin saxlayandırlar. Bununla yanaşı, həmişə şagirdlərin tərəfini saxlayır və onları bağışlamağın tərəfdarıdır. Onun tərəfindən bağışlanmaq üçün sadəcə göz yaşları kifayət edə bilər.

 
***

Qoç (21.03 – 20-04)

Qoç bürcünün xüsusiyyətləri » ilk.az

Qoçlar müəllim kimi məktəbdə işləməyə çox davam gətirmirlər. Onların saysız-hesabsız ideyaları var və bu ideyaları vaxt gözləmədən həyata keçirmək lazımdır. Müsabiqə və yarış təşkil etməyi ürəkdən istəyir və hesab edirlər ki, belə tədbirlrər uşaqlarda entuziazmı gücləndirir. Qoç müəllimlər uşaqları məktəb divarlarından kənarda təsəvvür etmək istəmirlər.
Ehtiyatlı olun! Qoçu özündən çıxarmaq üçün heç də uzun zaman çalışmaq lazım deyil. Qəzəbli olan zaman onun gözünə görünməyin. Amma onlar kin saxlayan deyillər. Qoçlar yalanı sevməz-onlara həqiqəti deyin. Qoç müəllimlər sürətli reaksiya vermək sahəsində də təcrübəli müəllimdirlər.


***

Buğa (21.04 – 21.05)

Bürclərin bilinməyən tərəfləri » ilk.az

Buğaların səbrlərini imtahana çəkməyin. Səbr kasası daşacaq və bu zaman sizin iziniz belə qalmayacaq. Müəllim – buğalar ciddi dirənişləri ilə fərqlənirlər. Belə müəllimləri heç bir halda dərsin planından əl çəkdirmək mümkün deyil. Yeri gəlmişkən, dərsə həmişə hazır olun – gözlədiyiniz  möcüzə baş verməyəcək. Sabitliyi pozanlar buğaların qatı düşmənidirlər. Buna görə də hətta sinif otağında yerinizi dəyişib dərsdə onun gözündən yayınmağa cəhd etməyin. Buğalar təfərrüatı xoşlayır, yazı taxtası önündə ətraflı cavab verin, inşaları isə bacardıqca daha uzun yazın. Buğalardan çoxlu ev tapşırığı almağa hazır olun. Buğalar bayram və şənlikləri, rəqs təşkil etməyi, şirniyyat masalarını xoşlayır ki, bu da onların müsbət xüsusiyyətlərindəndir.


Ardı olacaq...