Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-31 12:28:21
Bu il uşaqlara ən çox qoyulan adlar - SİYAHI

AzEdu.az saytı bu il Azərbaycanda yeni doğulan uşaqlara ən çox qoyulan adların statistikasını öyrənib.

Ədliyyə Nazirliyindən əldə etiyimiz məlumata görə, 2023-cü ilin ilk üç ayında doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 345 uşağa verilib.

Oğlan adlarının ilk "10-luq"unda sonrakı yerləri aşağıdakılar tutur:

Əli (335), Yusif (275), Hüseyn (243), Raul (197), Məhəmməd (195), Ömər (180), Murad (161), Adəm (130) və Ayxan (124).


Bu il qız uşaqlarına ən çox Zəhra adı verilib - bu ad 298 nəfərə qoyulub.

Qız uşaqlarına ən çox qoyulan sonrakı 9 ad aşağıdakılardı:

Məryəm (257), Zeynəb (213), Aylin (213), Fatimə (191), Nilay (186), Ayla (185), Mələk (178), İnci (150) və Melisa (141).

Qeyd edək ki, son illər ilk dəfə oğlan uşaqlarına verilən Azərbaycan mənşəli Uğur adı 1-ci pilləyə qalxıb. Buna qədər ərəb mənşəli Əli, Yusif, Məhəmməd kimi oğlan adları həmişə öndə gedirdi.

Qız uşaqlarına verilən adlara gəldikdə, hələ ki fars mənşəli Zəhra birinciliyi qoruyub saxlamaqdadır.