Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-21 10:30:00
Doktorantura pilləsinə yeni ixtisas əlavə edildi

 Ali təhsilin doktorantura pilləsinə “Sosial iş” ixtisası əlavə edilib.

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “63 Sosiologiya” bölməsinə 11 sentyabr tarixində “6314.01 Sosial iş” ixtisası əlavə edilib.

AzEdu.az “Sosiologiya” bölməsi üzrə ixtisasları təqdim edir:

Mədəni sosiologiya;

Eksperimental sosiologiya;

Ümumi sosiologiya;

Sosiologiyada riyazi üsullar;

Peşə sosiologiyası;

Sosial dəyişiklik və inkişaf;

Sosial ünsiyyət;

Sosial qruplar;

Sosial problemlər;

Yaşayış məntəqələrinin sosiologiyası;

Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi;

Sosial struktur, sosial institutlar və proseslər;

Sosial iş.