Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-04 12:36:22
Deputatdan gənclərə 10 TÖVSİYƏ

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov gənclərə növbəti tövsiyələrini təqdim edib.

“Dəyərli gənclər, yeni tövsiyələrimi sizinlə bölüşürəm. İnanıram ki, bu tövsiyələr də sizin üçün maraqlı və faydalı olacaq”, -deyə millət vəkili bildirib:

AzEdu.az saytı C.Məmmədovun gənclərə tövsiyələrini təqdim edir:

1. Hər zaman yeni elm və bilik axtarışında olun. Ən güclü sərmayənin bilik olduğunu unutmayın.

2. Daim üzərinizdə işləyin, bilik və bacarıqlarınızı durmadan artırın. Bilin ki, daim üzərində işləmədən həyatda uğur qazanmaq mümkün deyil.

3. Analitik təhlil qabiliyyətinizi, məsələlərə fərqli yönlərdən baxmaq bacarığınızı hər zaman inkişaf etdirin.

4. Ruhunuzu hər zaman sağlam qidalarla qidalandırın, onun çirklənməsinə, bataqlığa batmasına imkan verməyin.

5. Heç zaman ictimai mənafeyi şəxsi mənafeyə qurban verməyin. Faciələrin hər kəs yalnız şəxsi mənafeyini düşünəndə baş verdiyini unutmayın.

6. Maddi zənginliklə yanaşı, mənəvi zənginliyə də önəm verin. Maddi zənginliyin arxasında mənəvi zənginliyin olması sizi daha da güclü edəcək.

7. Hər zaman böyük düşünün. Cılız işlərin dalınca qaçmayın.

8. Enerjinizi düzgün yönləndirin. Sizə, cəmiyyətə fayda gətirməyən əməllərdən uzaq olun.

9. Dostlarınızı doğru seçin, yaxşı dost sizə yaxşı əməlləri, pis dost pis əməlləri öyrədəcək.

10. Heç zaman əmanətə xəyanət etməyin, heç kimin haqqına girməyin. Bilin ki, bunun vəbalı çox ağır olacaq”.