Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-04 12:24:00
Azərbaycanın milli sərvəti - Təbriz Universiteti

Təbriz Universiteti İranın rəsmi məlumatlarında ən böyük 5 universitetindən biri kimi təqdim olunur. Amma əslinə baxanda Tehran Universitetindən sonra ikinci yerdə durur. Bu universitet Bakı Dövlətr Universiteti də daxil olmaqla Azərbaycanın bir neçə ali təhsil ocağı ilə əməkdaşlıq müqaviləsinə malikdir. Amma  İran hakimiyyət orqanları Azərbaycandakı təhsil müəssisələri ilə elmi əlaqələrin inkişaf etdirilməsində maraqlı deyillər və  buna həmişə mane olmağa çalışırlar. Təbriz Universiteti eyni zamanda Azərbaycan universitetləri ilə Qafqaz Universitetləri Assosiasiyası çərçivəsində əməkdaşlıq edir.


AzEdu.az-ın məlumatına görə, hazırda 24 min tələbənin təhsil aldığı Təbriz Universiteti İranın Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən maliyyələşdirilir. Tələbələr mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanları nəticəsində seçilir.

Universitetin keşməkeşli tarixi olub. Fəaliyyətə başladığı ilk günlər  Azərbaycan Universiteti adı altında mövcud olubr. Tarixi məlumata görə,  1947-ci ildə İranda Cənubi Azərbaycan milli hökuməti qurulandan sonra, baş nazir Seyid Cəfər Pişəvərinin fərmanı ilə 12 iyunda Təbrizdə Azərbaycan Universiteti adında ilk universitet təsis olunub.

Milli hökumətin süqutundan sonra Azərbaycan Universiteti bir neçə il fəaliyyətini dayandırmalı oldu. Yenidən fəaliyyətə başladıqda isə universitetin adı Daneşqah-e Azərabadeqan edildi. İranda islam inqilabının qələbəsindən sonra universitet 5 il müddətinə bir daha fəaliyyətini dayandırdı və sonra yenidən fəaliyyətə başladıqda Daneşqah-e Təbriz - Təbriz Universiteti adlandırıldı.

Təbriz Universitetinin məzunları arasında bizim də yaxından tanıdığımız  məşhur  şəxsiyyətlər vardır: Sıməd Behrəngi, Əzim Qeyçisaz,Qulamhüseyn Saidi, Mehdi Bakiri,İsmayıl Cabbarzadə.

Universitet 25 fakültədən ibarətdir və ümumilikdə 29 akademik mərkəz və tədris kompleksinə malikdir. Təbriz Universitetində 800-dən çox professor-müəllim heyəti var. Universitetin fakültələri :

Ədəbiyyat və Xarici Dillər

İqtisadiyyat və İdarəetmə

İlahiyyat və İslam Elmləri 

Planlaşdırma və Ətraf Mühit Elmləri

Hüquq və Sosial Elmlər Fakültəsi

Baytarlıq

Kimya

Bədən Tərbiyəsi və İdman Elmləri

Təhsil və Psixologiya

Riyaziyyat Elmləri i

Təbiət Elmləri

Fizika

Kənd Təsərrüfatı

Elektrik və Kompüter Mühəndisliyi

Kimya və neft mühəndisliyi

İnşaat Mühəndisliyi

Maşınqayırma

Əhər Kənd Təsərrüfatı və Təbii Sərvətlər

Mərənd Mühəndislik

Mühəndislik

İrandakı ictimai-siyasi vəziyyət bu gün bizim universitetlərə Təbriz Universiteti ilə ikitərəfli münasibətlər saxlamağa imkan vermir. İran İslam dini kimi, elm və təhsildən də öz siyasi məqsədləri üçün istifadə edir. Lakin onun bütün səylərinə baxmayaraq, Azərbaycan millətinin bu elm sərvətini əlindən alıb farslaşdıra bilməyəcək. Təbriz Universitetinin rəsmi şəkildə Azərbaycan - Təbriz Universiteti adlandırılacağı gün uzaqda deyil. Biz bu günə doğru gedirik, biz bu günü görəcəyik!