Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-24 13:44:14
Nazir Prezidentə təşəkkür etdi

Elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə müəllimlərin vəzifə maaşlarını artırdığına görə təşəkkür edib.

AzEdu.az xəbər verir ki, nazir bununla bağlı bildirib:

“Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər, məktəb direktorları və direktor müavinləri, peşə təhsili müəssisələrinin idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçiləri, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Təhsil ictimaiyyəti adından ölkə başçısına təşəkkürümüzü bildiririk”.