Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 12:37:44
Azərbaycan və Serbiya dənizçilərin diplomlarını qarşılıqlı tanıyacaq

Azərbaycan və Serbiya qarşılıqlı olaraq dənizçilərin diplomlarını tanıyacaq.

AzEdu.az xəbər verir ki, bu, Mili Məclisin 17 fevralda keçirilən iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Serbiya Respublikasının Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.