Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 09:35:00
Avropaya qaçan ukraynalı məktəblilər vətənə dönəcəkmi…

Almaniyada təhsil alan Ukraynalı məktəblilərin sayı 200 mindən artıqdır. Onların hamısı müharibə nəticəsində öz doğma şəhər və kəndlərini tərk etməyə məcbur qalmış ailələrin uşaqlarıdır.

AzEdu.az xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan Almaniya təhsil və tədqiatlar vaziri Bettina Ştark-Vatsinqer mətbuat konfransı zamanı bildirib. Ukraynalı  məktəblilərə Almaniyada öz dogma dillərində təhsil almaq üçün hər cür şərait yaradılıb. Yəni dərslər alman dilində deyil, Ukrayna dilində aparılır. Bunun üçün yenə də ukraynalı müəllimlərdən istifadə olunur. Ukraynalı uşaqlar məktəblə təmin olunduqları kimi yaşayış yerləri ilə də problem yaşamırlar. Onlardan kimisi ailəsi ilə birlikdə, kimisi isə alman dövlətinin təqdim etdiyi uşaq yataqxanalarında yerləşdirilib.

Müharibdən qaçaraq digər qonşu ölkələrdə də sığıncaq tapan ukraynalı uşaqları nəzərə alsaq, onların sayının milyondan artıq olmasl qənaətinə gəlmək mümkündür. Amma bu ölkələrdə də ukraynalıların öz dogma dillərində təhsil alması üçün şərait yarandığı barədə məlumat yoxdur. Məlum olan isə budur ki, Polşa, Rumıniya. Fransa kimi Avropa ölkələrində ukraynalı uşaqlara və onların valideynlərinə seçim təklif olunur: Ukrayna dili, yaxud qonaq olduqları ölkənin dili.

Bu vəziyyət Ukraynanın gələcəyi üçün ciddi problemlər vəd edir. Müharibə bitdikdən sonra Avropa təhsil sisteminə inteqrasiya olan uşaqlar geri-Vətənlərinə dönəcəkmi?


Əlimusa İbrahimov