Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 17:39:00
AzEdu.az portalından Naxçıvan məktəblərinə kitab HƏDİYYƏSİ

AzEdu.az portalı Naxçıvan məktəblərinə 20 ədəd “Məktəb psixoloqunun stolüstü kitabı”nı hədiyyə edib.

 

Məlumat üçün qeyd edək ki, sözügedən kitab keçən ilin iyulunda BP-nin maliyyə dəstəyi və AzEdu.az təhsil portalının təşkilatçılığı ilə hazırlanıb.

Layihənin əsas məqsədi məktəb psixoloqlarını məktəblərdə ən çox rast gəlinən mürəkkəb psixoloji problemlər, o cümlədən stress, psixi və mənəvi travma halları, eləcə də pandemiyadan sonra yaranmış sindromların aradan qaldırılması üçün zəruri olan nəzəri və praktiki biliklərlə təmin etməkdir.

 

Kitabda orta ümumtəhsil müəssislərində psixoloji xidmət işini həyata keçirən şəxslər – məktəb psixoloqları üçün zəruri sayılan nəzəri-metodiki bilgilər, hüquqi baza sistemi şəklində əks olunmuş praktiki tədqiqat metodları, vacib təcrübi modellər təqdim edilib.

 

Məktəb psixoloqu üçün stolüstü kitab rolunu oynayacaq bu zəruri vəsait onların peşə fəaliyyətləri zamanı nəzəri, təcrübi, hüquqi bələdçi missiyasını yerinə yetirəcək.