Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 15:55:35
Rəssamlıq Akademiyasının yeni rektoru kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.

Qeyd edək ki, N.Əliyev bu təyinatadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri idi. 

AzEdu.az Natiq Əliyevin qısa tərcümeyi-halını təqdim edir:

Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakı şəhərində anadan olub.

1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub, oranı fərqlənmə diplomu ilə bitirib.

1978-1983-cü illərdə V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbini fərqlənmə diploma ilə başa vurub.


Son təyinatadək Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşıyıb.

2005-ci ildə Azərbaycan Respublikasının Xalq rəssamı adına layiq görülüb.

2008-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.

N.Əliyev görkəmli dövlət xadimi Heydər Əliyevin Kiyev (2004), Belqrad (2011), Tiflis (2007), Həştərxan (2010) şəhərlərində ucaldılmış abidələrinin, Xocalı soyqırımı qurbanlarının xatirəsinə Sarayevo (2012), Mexiko (2012), Ankara (2013), Qızılca-hamam (2014) şəhərlərində ucaldılmış abidələrin və bir çox digər əsərlərin müəllifidir.

Heykəltəraş memar Zivər bəy Əhmədbəyovun (Bakı, 2011) abidəsi, Fələki Şirvani, Əfzələddin Xaqani, İzəddin Şirvani, İmadəddin Nəsimi, Şirvanşah I İbrahim, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi, Sultanməcid Qənizadə, Mirzə Məhəmmədhəsənin Şamaxı şəhərində ucaldılmış büstlərinin də müəllifidir.