Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 08:51:30
DSX Akademiyasının kursantı həlak olub

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının kursantı yol qəzasında həlak olub.

AzEdu.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ötən gün saat 19:20 radələrində Ramiz Qəribov idarə etdiyi "QAZ-3102" markalı avtomobillə Qəbələ rayonunun Uludaş kəndində hərəkətdə olarkən piyada, 2003 - cü il təvəllüdlü Laçın Mahmudovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, DSX Akademiyasının kursantı Mahmudov Laçın Tərlan oğlu 3-cü kursda təhsil alırdı. O, Qəbələ rayonuna məzuniyyətə gedibmiş. 

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi kursantın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.