Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-13 17:53:48
BDU-da 4 fakültənin tədris yeri dəyişdi

Bakı Dövlət Universitetinin (BDU) infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində 2 saylı korpusun əsaslı təmirinə başlanılıb.

AzEdu.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat katibi Kəmalə Namazova bildirib.

“Təmirlə əlaqədar 2022-2023-cü tədris ilin yaz semestrində həmin korpusda yerləşən Jurnalistika, İnformasiya və sənəd menecmenti, Şərqşünaslıq, Sosial elmlər və psixologiya fakültələrinin tələbələri dərslərinə BDU-nun əsas binası, BDU nəzdində “Gənc istedadlar” liseyi və keçmiş “Təfəkkür” Universitetinin binasında davam edəcəklər”, - deyə o bildirib.