Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-12 16:07:00
152 saat sonra 8 yaşlı uşaq sağ çıxarıldı

Türkiyədə 152 saat sonra dağıntılar altından qadın və 8 yaşlı uşaq sağ çıxarılıb. 

 

AzEdu.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

 

Adıyamanda 8 mərtəbəli binanın 4-cü mərtəbəsində dağıntılar altında qalan 8 yaşlı Hacı Ahmet Eyici xilas edilib. 

 

Bununla yanaşı, Elitaş Mahallesi deyilən ərazidə dağıntılar altında qalan 22 yaşlı Rəbiyə adlı qadın xilas olub. İlkin tibbi yardımdan sonra hər ikisi xəstəxanaya aparılıb.