Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-14 12:45:00
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində ARTİ nümayəndələri ilə görüş keçirilib

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun nümayəndələri ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, idarənin rəisi Fuad Süleymanov qonaqlara təlim mərkəzlərində təşkil olunan müxtəlif təyinatlı təlim kursları və təlim mərkəzlərinin beynəlxalq akkreditasiya qurumları tərəfindən tanınması barədə ətraflı məlumat verib. İdarənin fəaliyyətini əks etdirən təqdimat nümayiş olunub.

 

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov tədris və səriştəliliyin artırılması istiqamətində mümkün əməkdaşlıq imkanları barədə danışıb.

 

Qarşılıqlı fikir mübadiləsi aparılıb və tərəfləri maraqlandıran suallar cavablandırılıb.

 

Sonra qonaqlar Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində olublar. Burada dalğıc, üzgüçülük, sağqalma uğrunda mübarizə və yanğınla mübarizə istiqamətləri üzrə çoxsaylı təlimlərin keçirildiyi barədə qonaqlara məlumat verilib. Həmçinin, təlim poliqonları, estakadada xilasedici bloklar üzərində yerləşən sürətli qayıqlar, katerlər, sallar, vertolyot bucurğadı və digər vasitələr əyani surətdə göstərilib, dalğıcların hazırlanması, onların peşə hazırlığının artırılması və təkmilləşdirilməsi üçün istifadə olunan kompleksin əhəmiyyəti diqqətə çatdırılıb.