Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-21 09:50:00
Müəllim hansı hallarda işdən azad edilə bilər?-Qanuni əsaslar

 

Zaman-zaman məktəblərdə yaşanan xoşagəlməz halların nəticəsi olaraq müəllimlərin işdən azad edilməsi kimi addımlar atılmasının şahidi oluruq.

 

Bəsən müəllimlər heç bir səbəb olmadan işdən azad edildiklərini də bildirirlər.

 

Bəs müəllim hansı halda işdən azad edilə bilər? Nəyə əsas əmək müqaviləsinin ləğv edilə bilər?  

 

AzEdu.az  xəbər verir ki, əmək müqaviləsinə yalnız Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

 

Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:

 

a) tərəflərdən birinin təşəbbüsü;

b) əmək müqaviləsinin müddətinin qurtarması;

c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);

d) tərəflərin iradəsindən asılı olmayan hallar;

e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

 

Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması isə aşağı hallarda mümkündür:

 

a) müəssisə ləğv edildikdə;

b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;

c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; 

e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 

 

Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülür.