Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-07 12:41:00
"Məntiq fənninin orta məktəbdə tədrisinin artıq VAXTIDIR " -Məktəb direktoru

"Ümumi orta təhsil müəssisələrində məntiq dərslərinin tədrisinə ehtiyac var".

 

 Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayev Ağdam rayon 91 nömrəli tam orta məktəbin direktoru və müəllimi Rüstəmli Nemət Qəzənfər oğlundan müraciət 

 

AzEdu.az təqdim edir: 

 

Sizin də bildiyiniz ki,əksər dünya ölkələrində istər orta təhsil,istərsə də ali təhsil müəssisələrində məntiq və hətta Qeyri-səlis məntiq-Lütfizadə nəzəriyyəsi tədris olunur.Bir çox ölkələrin ali təhsil məktəblərinə qəbul zamanı abituriyentlər məntiqdən də imtahan verirlər.Biz də isə bu ancaq magistr pilləsinə və dövlət qulluğuna qəbul zamanı tətbiq edilir.Ancaq orta məktəblərimizdə məntiq ayrıca fənn kimi tədris olunmur.Düzdür,bəzi fənlərdə,əsasən də, riyaziyyatda məntiqlə bağlı tapşırıqlar verilir.Ancaq bu, şagirdlərin məntiq məsələlərini tam qavramasına kömək etmir.

 

Nəzərə alsaq ki,Fənn müsabiqəsində və artıq 2 ildir ki, Lütfizadə Məntiq Olimpiadasında məntiq suallarından istifadə olunur.Özəl təhsil müəssisələrində və hazırlıq kurslarında dərs alan şagirdlərə məntiq dərsləri tədris olunduğu üçün onlar bu müsabiqlərdə daha çox uğur qazanırlar.Deməli,bizdə də məntiq fənnin ayrıca tədrisinə ehtiyac yaranmışdır.Hamımız yaxşı bilirik ki,məntiqi təfəkkürü yüksək olan insan bütün istiqamətlərdə uğur qazana bilər.


Əlavə olaraq qeyd edim ki,tədris etmədiymiz fəndən Olimpiada təşkil etmək,Fənn müsabiqəsinə sual salmaq,Sizcə, nə qədər doğrudur?

 

Məntiq fənnin orta məktəbdə tədrisinin artıq vaxtıdır.

 

12 ildir ki,pedaoji fəaliyyətlə məşğul oluram.Düşünürəm ki,məntiq fənnin orta məktəbdə tədrsinin artıq vaxtıdır.Bəlkə də,gecikmişik.Bunu fənnin tədrisi üçün tədris proqramına hansısa əlavələr də etməyə ehtiyac yoxdur. I-XI siniflərdə dərsdənkənar məşğələ saatlarının hesabına bu fənni tədris etmək olar.

 


Azərbaycanda bu sahəni çox gözəl bilən mütəxəssislər də var.Onlardan faydalanmaqla həm hər sinfə uyğun dərsliklər hazırlamaq olar, həm də riyaziyyat müəllimlərimizə müxtəlif təlimlər keçməklə məntiq fənnini daha mükəmməl mənimsətmək mümkündür.

 


Cənab Nazir,yazıdıqlarımı nəzərə alaq,bizə dəstək olacağınıza inanıram.


Öncədən təşəkkür edirəm.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları