Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-11 12:50:05
Güney Azərbaycandan olan tələbələrin təhsilinin maliyyələşdirilməsi təklif olunur  

“Güney Azərbaycandan olan soydaşlarımınzın gəlib burada təhsil almasına dövlət büdcəsindən 5-10 milyon manat vəsait ayrılması çox yaxşı olardı”.

AzEdu.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı noyabrın 11-da keçirilən birgə iclasında çıxışı zamanı deyib.

“Bu, strateji məsələdir. Prezidentin apardığı uğurlu xarici siyasət bizim 44 günlük müharibədə qələbəmizi şərtləndirdi. Amma bu proses fərqli formada davam edir”, - deyə o, qeyd edib.  (report)