Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-03 12:00:00
Elmə ayrılan vəsait 50 faiz artırılacaq  

2023-cü il dövlət büdcəsinin layihəsində elmin maliyyələşdirilməsi üçün 228,5 milyon manat vəsait ayrılacaq.

 

Bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə qeyd olunub.

 

Bu, cari illə müqayisədə 23,5 milyon manat və ya 11,5 faiz, 2021-ci ilin icra göstəricisi ilə müqayisədə isə 76,7 milyon manat və ya 50,5 faiz çoxdur.

 

Qeyd edək ki, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanı var. Həmin Fərmanın icrası olaraq Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda olan 66 elmi müəssisədən (Rəyasət heyətinin Naxçıvan və Gəncə bölmələrinin aparatı nəzərə alınmaqla) 37 müəssisə Elm və Təhsil Nazirliyinin, 3 müəssisə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib, 26 müəssisə isə Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda qalıb. Elm sahəsi üzrə nəzərdə tutulmuş xərclərin 48,6 milyon manatı və ya 21,3 faizi Azərbaycan Milli Elmlər Akademiyasının, 114,9 milyon manatı və ya 50,3 faizi bir sıra dövlət orqanlarının tabeliyində olan elmi müəssisələrin, o cümlədən 75,6 milyon manatı Elm və Təhsil Nazirliyinin, 17,1 milyon manatı Kənd Təsərrüfatı Nazirliyinin, 9 milyon manatı Ədliyyə Nazirliyinin, 6 milyon manatı Mədəniyyət Nazirliyinin, 4,1 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun (indiki "Azərbaycan Elm Fondu" publik hüquqi şəxs), 3,1 milyon manatı isə elm sahəsində digər tədbirlərin payına düşür.

 

modern