Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-01 18:00:00
İnsan Resursları Mərkəzinə 5 minədək müraciət daxil olub

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi oktyabr ayı ərzində daxil olan müraciətlərin statistikasını açıqlayıb.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, ötən ay ərzində ümumilikdə 4930 müraciət daxil olub.

 

Müraciətlərin 469-u feysbuk, 3983-ü isə vatsap üzərindən gəlib.

 

Habelə elektron poçt ünvanına 311, sayt üzərindən isə 142 müraciət daxil olub. 25 vətəndaş isə qəbulda iştirak edib.