Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-01 16:32:00
Son sutkada 60 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 82 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 823 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 068 nəfər müalicə olunaraq sağalıb, 9 948 nəfər vəfat edib, aktiv xəstə sayı 302 nəfərdir.

 

Ölkədə son sutka ərzində 2 956, hazırkı dövrədək isə 7 323 276 test aparılıb.