Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-31 12:03:00
FHN uşaqların təhlükəsizliyi ilə bağlı valideynlərə müraciət edib  

Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı valideynlərə müraciət edib.

 

FHN-in Mətbuat Xidmətindən daxil olan müraciətdə deyilir:

 

"Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə mütəmadi olaraq uşaqların mənzildə, liftdə və digər məkanlarda köməksiz, o cümlədən müxtəlif təhlükəli vəziyyətlərdə qalmaları (əllərinin ətçəkən maşında qalması, əzalarının barmaqlıqlar arasında ilişməsi və s.) barədə məlumatlar daxil olur. Bütün hallarda hadisə yerinə operativ yetişən xilasedicilər uşaqları xilas edərək onları ailə üzvlərinə təhvil verirlər.

 

Aparılan təhlillər göstərir ki, qeyd olunan bu hallar uşaqların ilk növbədə valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya əksərən hər hansı səbəbdən mənzildə tək qoyulmaları nəticəsində baş verir. Belə olduqda isə ətrafı hələ tam dərk etməyən, mümkün təhlükələrdən xəbərsiz olan uşaqların həyat və sağlamlığı üçün real təhlükə yaranır.