Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-28 16:39:00
Azərbaycanda daha 49 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 823 149 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 889 nəfər müalicə olunaraq sağalıb, 9 943 nəfər vəfat edib, aktiv xəstə sayı 317 nəfərdir.

 

Ölkədə son sutka ərzində 1 766, hazırkı dövrədək isə 7 315 522 test aparılıb.