Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-28 16:00:00
Şagirdlər üçün yeni vəsait-İngilis dilini daha rahat öyrənin/FOTO

 

Azərbaycanda ilk dəfə siniflər üzrə danışıq tipli ilk özəl "listening" dərsliyi nəşr edilib.

 

Məzmun etibarı ilə dialoqlar,musiqi,qısa hekayələrdən ibarət olan kitab A1,A2,B1 və B2 səviyyələrinə uyğundur.

 

Vəsaitin müəllifi Qasım Əsgərov AzEdu.az-a açıqlamasında bu materialın summativ qiymətləndirmə və buraxılış imtahanlarına hazırlıq üçün faydalı olduğunu bildirib:

 

"Bu dərslik həm müəllim,həm də şagirdlər üçün tanış vəsaitdir. Dərslik 5-11-ci sinifləri əhatə edir. Vəsait Dövlət İmtahan Mərkəzi,Elm və Təhsil Nazirliyi,beynəlxalq ingilis dili standartlarına uyğun şəkildə hazırlanıb. Kitab şagird və abituriyentlərimizdə dinləmə bacarıqlarının inkişafı,keyfiyyətli mənimsənilməsinə    yardım edəcək. Həmçinin kitabın arxa hissəsində dinləmə və oxu mətnləri,onlar üçün testlər  yerləşdirilib. Mətnlər asan,orta və mürəkkəb səviyyələrdə nəzərdə tutulub".

 

Qasım Əsgərov dərsliyin sadəcə şagirdlər üçün deyil,müəllim üçün də faydalı olacağını söyləyib.

 

Qeyd edək ki,dərslikdə danışıq bacarıqlarının inkişafı üçün də faydalı mətn və testlər yer alıb.