Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-07 12:26:00
Məşhur alimlərimizin elm qədər ciddi məzarüstü abidələri - FOTOREPORTAJ

Kərimov Mahmud Kərim oğlu (18.10.1948 - 10.02.2013) - fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.

Şəfaət Mehdiyev (15.12.1910 - 15.12.1993)— Azərbaycanın məşhur geoloqu, geologiya–minerologiya elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, professor.

Mustafa Ağabəy oğlu Topçubaşov (17.08.1895 - 23.11.1981) — Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi. Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri.

Yusuf Məmmədəliyev (31.12.1905- 15.12.1961) — Azərbaycan-sovet kimyaçı alimi, kimya elmləri doktoru, professor, Azərbaycan SSR EA akademiki və prezidenti, SSRİ EA müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, SSRİ Ali Sovetinin 5-ci çağırış, və Azərbaycan SSR Ali Sovetinin 4-cü çağırış deputatı.

Mirəli Seyidəli oğlu Qaşqay (01.07.1907 - 23.04.1977)— Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın akademiki, Azərbaycan SSR əməkdar elm və texnika xadimi. Azərbaycan SSR EA akademik katibi.

Murtuza Fətulla oğlu Nağıyev (05.05.1908 – 28.011975]) - AMEA-nın həqiqi üzvü. AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitunun yaradıcısı və direktoru olub.

Ziya Musa oğlu Bünyadov (21.12.1923 - 21.02.1997)— SSRİ və Azərbaycan şərqşünası, tarixçi, Sovet İttifaqı Qəhrəmanı[1], Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi.

Foto: İsmət Paşa