Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-25 11:14:00
ADNSU-da Mülki Müdafiə hazırlığı hər zaman diqqətdə saxlanılır

Oktyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Mülki müdafiə və ilkin tibbi yardım” mövzusunda tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, universitet əməkdaşlarının iştirak etdiyi tədbirdə ADNSU-nun mülki müdafiə qərargahının rəisi Elşən Məmmədov çıxış edərək mülkü müdafiənin həyat üçün əhəmiyyətindən danışıb.

 

Bildirib ki, vətəndaşların, o cümlədən universitet əməkdaşlarının təhlükəsizliyi hər zaman diqqətdə saxlanılır. Universitetin həyətində açıq havada keçirilən təlim-görüşdə fövqəladə vəziyyət zamanı  hər kəsin bilməli olduğu davranıqş qaydaları bir daha iştirakçıların diqqətinə çatdırılıb.