Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-25 09:36:00
İranda 3 etirazçı müəllimə 15 ildən çox həbs cəzası verildi-Bir müəllim azəbaycanlıdır

 

İranda azərbaycanlı müəllim də daxil olmaqla 3 etirazçı müəllimə 15 ildən çox həbs cəzası verilib.

 

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

 

Onların vəkili Ramin Səfərniya  bildirib ki, Tehran şəhər Ümumi və İnqilab Məhkəməsinin 26-cı şöbəsi müəllim və tanınmış həmkarlar ittifaqı fəalı Rəsul Budaği barəsində "əlbir olmaq və toplaşmaq", habelə "hökumət əleyhinə təbliğat aparmaq" ittihamlarına görə ümumilikdə 5 il 6 ay həbs cəzası verib.

 

Bununla yanaşı, İran Müəllimlər Birliyinin fəal üzvü Cəfər İbrahimi eyni ittihamlarla 5 il, sözügedən birliyin sözçüsü Məhəmməd İbrahimi də eyni ittihamlara görə 4 il 7 ay həbs cəzasına məhkum edilib.

 

Hər üç müəllimə həbs cəzası ilə yanaşı, iki il müddətinə ictimai fəaliyyət göstərmək və ölkədən çıxmaq qadağası qoyulub.