Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-04 13:13:00
“Taliban” qızlar üçün ixtisas seçiminə məhdudiyyətlər qoyur

Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatı qızların ixtisas seçiminə məhdudiyyətlər qoyulacağını açıqlayıb.

 

“Taliban”ın Ali Təhsil Nazirliyinin sözçüsü Əhməd Təqi bildirib ki, artıq məhdudiyyətlər universitetlərə oktyabrın 5-7-də keçiriləcək qəbul imtahanlarında tətbiq edilməyə başlayacaq.

 

“Qızlar özlərinə və həmvətənlərinə fayda verə bilməyəcəkləri ixtisaslara buraxılmayacaqlar”, - deyə Əhməd Təqi vurğulayıb.

Lakin Əhməd Təqi qızlar üçün müəyyən edilmiş fakültələrin siyahısını açıqlamayıb.

Mənbə: TOLOnews