2022-09-26 12:29:58
“Sinifdə 30-40 şagird varsa, bu tədris uğurlu sayıla bilməz” –QINAQ
“Siniflərdə 30-40 nəfər şagirddən ibarət kontingetlə təşkil edilən tədris uğurlu sayıla bilməz. Bu həm tibbi, həm də pedoqoji normativlərə ziddir”.
Bunu sherg.az-a açıqlamasında “AzEdu.az” saytının baş reeaktoru Elmin Nuri siniflərdə şagird sayının normadan çox olmasına münasibət bildirərkən deyib.
O bildirib ki,qaydalara əsasən bir sinif otağında 12, istisna hallarda isə 16 şagird təhsil ala bilər:
“Paytaxtın bəzi orta məktəblərində şagird sayı 22- 25 hətta,30 ola bilir. Hüquqi normativdə isə bir uşağa 2 kvadratmetr yer ayrılmalıdır. Deməli bir sinifdə 35 şagird varsa, onun ümümi ölçüsü 70 kvadratmetr olmalıdır. Bu isə gözlənilən deyil. Digər tərəfdən sıxlığa nəyin səbəb olması sualı yaranır.
Burada bir neçə amil var. Birincisi valideyinlər məsafəyə fikir vermədən övladlarını təhsilin daha yüksək aparıldığı məktəblərə göndərir. Nəticədə də Nərimanov, Xətai, Nizami, Səbail kimi rayonlarda yerləşən məktəblərdə şagird sıxlığı baş verir. İkincisi məqam isə piardır. Bu eyni ərazidə yerləşən təhsil ocaqlarına aiddir. Bəzi məktəblərdə repetitorluqla məşğul olan, yaxud insanlar tərəfindən tanınan müəllimlər özləri belə istəmədən piar yaratmış olurlar. Bununla da həmin təhsil ocağına gedən uşaqların sayı çoxalır. Digər bir təəssüfləndirici səbəb isə rus bölməsi məsələsidir”.
E.Nuri onu da əlavə edib ki, ölkəmizdə tədrisin sırf rus dilində aparıldığı 17 məktəb var:
“Bəzi tədris ocaqlarında isə rus və Azərbaycan dilləri paralel keçilir. Son zamanlarda da valideyinlər övladlarını kortəbii şəkildə rus bölməsinə yönləndirirlər. Bununla da bu bölmənin tədris olunduğu siniflərdə artım və sıxlıq yaranır. Göründüyü kimi, problemlər bir-biri ilə ziqzaqvari şəkildə əlaqəlidir. Ümumiləşdirəsi olsaq, bu gün şagird sıxlığını yaradan əsas səbəb, məktəblərdə tədrisin eyni səviyyədə keçirilməməsi amilidir”.
Bu bölməyə aid digər xəbərlər
Aprelin sonuncu şənbəsinin havası - 32 dərəcə isti
2024-04-26 13:15:02
Model tələbə dəm qazının qurbanı oldu - FOTO
2024-04-26 11:52:04
UNEC-də müzakirə: "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan"
2024-04-26 11:21:57
Təhsil haqqı dövlət tərəfindən ödənilən bu şəxslərin yaş həddi artırıla bilər
2024-04-26 11:07:30
Bu gün Beynəlxalq Əqli Mülkiyyət Günüdür
2024-04-26 10:47:40
“Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar kitab festivalı keçirilib
2024-04-25 14:23:35
Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb
2024-04-25 12:16:18
Repetitorlara məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi kimi baxırlar
2024-04-25 10:10:00
Orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
2024-04-25 09:39:39
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
2024-04-24 14:17:45
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
20 Aprel 2024, 17:42
300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir
22 Aprel 2024, 09:57
7 aprel buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
19 Aprel 2024, 16:54
Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
FACEBOOK