Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-31 15:55:20
Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: "Ölkəmi təmsil etdiyimə görə fəxr edirəm" - ANONS

“İştirak etdiyim il bu proqrama 5000 müəllim müraciət etmişdi. Onlar arasından 50 nəfərin seçilməsi çətin prosesdir. Azərbaycandan təmsil olunan yeganə müəllim isə mən idim”.

Bu sözləri AzEdu.az-a açıqlamasında gənc müəllim Məhəmməd Qarakişiyev deyib. O, “Müəllimlərin Nobeli” adlandırılan Global Teachers Prize müsabiqəsində ilk əlliliyə düməyi bacaran yeganə azərbaycanlıdır:

“Proqram haqqında eşidəndə bu proseslər mənə çox çətin gəldi. İnanın ki, tam 1 ay mən qeydiyyat forumunu doldurmaq üçün çalışdım. Xeyli yazıb pozdum. Gördüyüm bütün işləri gözümün önünə gətirib forumu doldurmağa başladım.

Həmin ildə Azərbaycanda “Ən yaxşı müəllim” seçilməyim də mənə stimul verdi. Düşünüdüm ki, beynəlxalq arenaya çıxmaq üçün bu yolları keçə bilərəm”.

O, müsabiqə zamanı ilk onluğa düşə bilməməsinin səbəblərini izah edib:

“Ümid edirdim ki, onluğa düşəcəm. Amma mənə yetərincə ictimai dəstək olmadığına görə, ilk onluğa deyil, əlliliyə düşə bildim. Proqramın şərtlərindən biri də namizəd olaraq sizi kiminsə dəstəkləməsidir. Bu, çox önəmlidir. Burada Azərbaycandan məni dəstəkləyən yox idi. Bəlkə də bu, məlumatsızlıqdan irəli gəlirdi.

Hər il "Dünya Təhsil və Bacarıqlar Forumu" keçirilir. Bütün dünya təhsil liderləri orada toplanır. 3 ildir ki, ora dəvət alıram. Mən bu forumda yeganə azərbaycanlıyam. Gülməli də səslənsə, mən bu formda Azərbaycanı təmsil etmək üçün yalnız qalan müəlliməm. Ölkəmi təmsil etdiyimə görə fəxr edirəm, amma təəssüf də edirəm ki, niyə mənim vətənimdən burada iştirak edən yoxdur?

Mənimlə qalib olan müəllimlərin ölkələrindən təhsil işçiləri iştirak edirlər.  Yalnız yüzlərlə təhsil lideri deyil, bura hətta ölkə prezidentləri də dəvət olunurlar”.

Qeyd edək ki, Məhəmməd Qarakişiyevlə olan ətraflı müsahibə yaxın vaxtda AzEdu.az-da yayımlanacaq. Müsahibə zamanı bu proqramən şərtləri ilə bağlı da ətraflı məlumat verən müəllim təhsildəki bir sıra problemlərə toxunub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları