Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-31 14:17:00
Ömər Eldarov  Lütfi  Zadənin qəbirüstü abidəsini dəyərləndirdi: “Elmi töhfələrinə romantik yanaşdım”  

“Kompozisiyadakı  qapının üzərində qeyd olunan düstur alimin elm aləmindəki ən böyük qazancıdır.  Burada Lütfi Zadə qapıları sanki  öz əlləri ilə açır və elmə öz töhfələrini verir”.

Bu sözləri abidənin müəllifi heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarov AzEdu.az-a açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Lütfi Zadənin elmə gətirdiyi yenilikləri elə müəyyən qədər  romantik yanaşaraq,  insanlara aydın çatdırmaq olardı:

“Lütfi  Zadə dünya şöhrətli alim-riyaziyyatçıdır. Onun müəllifi olduğu nəzəriyyələr  olduqca ciddi məsələləri həll edib. Bu nəzəriyyələr elm aləmində böyük bir açılışdır.  Mən də məhz elm aləminə olan açılışı müəyyən qədər rəmzi formada göstərməyə çalışmışam. Abidədə qapı təsvir edilib, bir tayı tam, digəri isə yarımçıq şəkildə açılmış formada. Qapının üzərində qeyd olunan düstur isə alimin elm aləmindəki ən böyük qazancıdır. Lütfi Zadə qapıları öz əlləri ilə açır və elmə öz töhfələrini verir. Hesab edirəm, Lütfi Zadənin elmə gətirdiyi yenilikləri elə müəyyən qədər romantik yanaşaraq aydın çatdırmaq olardı”.


Qeyd edək ki, 2017-ci ilin sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edən Lütfi Zadə Azərbaycanda dəfn edilməsini vəsiyyət etmişdi. Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək,  I  Fəxri Xiyabanda dəfn edilib.