Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-15 13:50:00
Nazirlik sözçüsündən cavab:" Aşağı bal toplamağı dramatikləşdirməyək"

 

Qəbul məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bu il ali məktəblərə qəbul imtahanında 31893 nəfər 0-150 arası bal topladığını nəzərə çatdıraraq bunun bədbəxtlik olduğunu qeyd edib.

 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə məsələyə fərqli şəkildə yanaşıb:

 

“Şübhəsiz ki, yüksək bal arzuolunandır və hamının arzusudur. Ancaq aşağı bal qazanmağı dramatik tərzdə vəznləmək də arzuolunan deyil. Testdə yüksək bal toplamayan o qədər yüksək sənətkarlar, peşə sahibləri tanıyırıq ki, həm məvacibi, həm də şəxsiyyəti heç də yüksək test nəticəsinin təsdiq etdiyi məqamdan aşağı deyil”.

 

Qeyd edək ki, 16 Avqust tarixindən ali təhsil müəssisələrinə ixtisas seçiminə start veriləcək.