Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-12 09:36:00
DİM-də beynəlxalq rus dili imtahanı keçirilib

Avqustun 11-də Dövlət İmtahan Mərkəzində ТРKİ (test po russkomu yazıku kak inostrannomu) imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, bir namizəd Xarici dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinin (CEFR) səviyyələri əsasında hazırlanmış ТРKİ imtahanın ən yuxarı səviyyəsi – C2 üzrə imtahan verib.

 

Dördüncü sertifikat səviyyəsini (ТРКИ-IV / C2) seçmiş namizəd üçün imtahan kompüter vasitəsilə keçirilib. İmtahan nəticələri 7 iş günündən sonra elektron poçt vasitəsilə namizədə göndəriləcək.

 

Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ТPKİ - beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi DİM-dir.

 

Ətraflı məlumat DİM-in saytında yerləşdirilib.