Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-10 17:00:00
Azərbaycanda son sutkada koronavirusa 534 nəfər yoluxub, 6 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirusa 534 yeni yoluxma qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.

 

Bu barədə AzEdu.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

 

Məlumata görə, sutka ərzində koronavirusdan 6 nəfər vəfat edib.

 

Ölkədə indiyədək ümumilikdə 803 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 193 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 196 nəfərdir.

 

Ölkədə son sutka ərzində 4 587, hazırkı dövrədək isə 7 080 772 test aparılıb.